Bakının Əlicabbar Orucəliyev küçəsində nəqliyyatın hərəkəti dayandırılıb

Tural İbadlı İnfrastruktur 12 yanvar 2022
0
Bakının Nərimanov rayonunun Əlicabbar Orucəliyev küçəsi nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti dayandırılıb.
Bu barədə "NewsCafe"yə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Məlumata görə, həmin küçədə yenidənqurma işləri çərçivəsində yolda üfüqi nişanlanma xətlərinin yenilənməsi işləri aparılacaq. Bu çərçivədə küçədə yolun hərəkət istiqaməti dəyişdirilərək birtərəfli təşkil olunacaq.
Sürücülərə Ağa Nemətulla, Aşıq Molla Cümə, İzzəddin Həsənoğlu və digər alternativ küçələrdən istifadə etmək tövsiyə olunur.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31