Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək

Tural İbadlı Ekologiya 12 yanvar 2022
0
Yanvarın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.
Milli Hidrometeorologiya Xidmətindən "NewsCafe"yə verilən məlumata görə, havanın temperaturu gecə 4-7° isti, gündüz 8-11° isti olacaq. Bakıda gecə 5-7° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında Arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 1-6° isti olacaq.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31