Yanvar ayının pensiyaları tam ödənilib

Tural İbadlı Sosial təminat 14 yanvar 2022
0
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar ayının ölkə üzrə bütün pensiyalarının, həmçinin güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin pensiyalarının ödənişi başa çatdırılıb.
Bu barədə "NewsCafe" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.
Vətəndaşlar pensiyalarını kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
2022-ci ilin əvvəlindən ölkəmizdə əmək pensiyasının minimum məbləği 200 manatdan 240 manata çatdırılıb və həmin məbləğdən aşağı olan pensiyalar artırılaraq 240 manata çatdırılmaqla ödənişi təmin olunub.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31