Teymur Musayev səhiyyə naziri təyin edilib

Tural İbadlı Rəsmi xəbərlər | Sosial 19 yanvar 2022
0
Teymur Yusif oğlu Musayev Azərbaycanın səhiyyə naziri təyin edilib.
"NewsCafe" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Teymur Musayev Azərbaycanın səhiyyə nazirinin birinci müavini vəzifəsindən azad edilib.
Qeyd edək ki, T.Musayev 2021-ci ilin aprelin 23-dən səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən vəzifəsinə təyin olunmuşdu. Həmin dövrdən indiyədək o, səhiyyə nazirinin vəzifələrini icra edirdi.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31