Bakının bəzi yollarında sürət həddi endirilib

Tural İbadlı İnfrastruktur 20 yanvar 2022
0
Hazırda paytaxtda müşahidə olunan yağıntılı hava şəraitilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ-Hava limanı avtomagistrallarında sürət həddi bütün zolaqlar üzrə 20 km/saat endirilib.
"NewsCafe" bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
"Bu gün üçün proqnozlaşdırılan hava şəraitilə əlaqədar hərəkət iştirakçılarına ehtiyyatlı olmalarını tövsiyə edirik.
Hərəkətin təhlükəsizliyi üçün sürücülər sürət həddinə əməl etməli və meterioloji amilləri nəzərə almalıdırlar. Eyni zamanda, piyadalar yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etsinlər.
Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir", - qurum bəyan edib.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31