Bakının Nərimanov rayonunun bir hissəsində su kəsilib

Tural İbadlı İnfrastruktur 21 yanvar 2022
0
Ceyranbatan-Binəqədi magistral su xəttinin Biləcəri qəsəbəsindən keçən hissəsində baş vermiş qəza ilə əlaqədar Bakının Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.
Bu barədə "NewsCafe"yə "Azərsu" ASC-dən bildirilib.
Məlumata görə, hazırda qəza briqadaları hadisə yerində işləyir və günün sonuna qədər qəza aradan qaldırılacaq.
Qurum yaranacaq narahatlıqla bağlı abunəçilərdən üzr istəyib.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31