Şuşa və Ağdama getmək istəyənlər üçün yeni sayt istifadəyə verilib

Tural İbadlı İnfrastruktur | Sosial 21 yanvar 2022
0
Bu gündən Qarabağa təşkil edilən müntəzəm marşrut avtobusları ilə Şuşa və Ağdama səfər edəcək şəxslərin bilet alması üçün yaradılan "Yolumuzqarabaga.az" portalı istifadəyə verilib.
"NewsCafe" xəbər verir ki, portalda vətəndaşlara 3 müxtəlif məkandan çıxış imkanı təqdim edilib.
Belə ki, yanvarın 24-dən etibarən vətəndaşlar bilet alaraq, Bakı, Bərdə və Əhmədbəylidən Şuşa və Ağdama səfər edə biləcəklər.
Eyni anda maksimum 5 sərnişin üçün biletin alınmasına imkan yaradılıb.
Müəyyən edilmiş qaydalara görə, Əhmədbəyli-Şuşa üzrə həftədə 4 dəfə, digər istiqamətlərdə isə həftədə 2 dəfə olacaq.
Bakı-Şuşa-Bakı üzrə biletin qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı üzrə biletin qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli üzrə biletin qiyməti 7, manat, Bərdə-Ağdam-Bərdə üzrə biletin qiyməti 5 manat müəyyən edilib.
Bundan əlavə Füzuli Beynəlxalq Hava Limanı-Şuşa-Füzuli Beynəlxalq Hava Limanı üzrə səfərlər də nəzərdə tutulub. Füzuli Beynəlxalq Hava Limanı işləmədiyi üçün hələlik həmin istiqamətdə reyslər aktiv deyil.
Bu istiqamətdə isə biletin qiyməti 6 manat olacaq.
Qeyd edək ki, müəyyən edilən qiymətlər yalnız bir istiqamətədir. Vətəndaşlar gediş-gəliş biletlərini eyni vaxtda almalıdılar.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31