SOCAR-ın Elm Fondu qrant müsabiqəsinin nəticələrini elan edib

Tural İbadlı Elm-Təhsil 25 yanvar 2022
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Elm Fondu AMEA-da neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual elmi və texnoloji problemlərin tədqiqi ilə məşğul olan alimlərin və yaradıcı kollektivlərin fəaliyyətini dəstəkləmək, onlara əlavə yaradıcılıq imkanları yaratmaq, elmi və innovativ tədqiqat işlərini stimullaşdırmaq məqsədilə 2021-cu il üçün növbəti qrant müsabiqəsi elan edib.
"NewsCafe" xəbər verir ki, müsabiqəyə 76 layihə təqdim olunub.
Təqdim olunan layihələrin ekspertizası məqsədilə yeni tərkibdə Müsabiqə Komissiyası yaradılıb və Elm Fondunun Əsasnaməsinə uyğun olaraq layihələrin ekspertizası təşkil edilib.
Müsabiqə Komissiyasının və ekspertlərin yekun rəyləri nəzərə alınaraq, SOCAR-ın Elm Fondunun İdarə Heyətinin 5 yanvar 2022-ci il tarixli qərarı ilə 25 elmi tədqiqat qrant layihəsi müsabiqənin qalibi elan olunub.
Layihə rəhbərinin soyadı, adı, atasının adıLayihənin adıElmi müəssisəLayihənin smeta dəyəri (manatla)Müddəti
1Kərimov Fəxrəddin Nəcməddin oğluAtmosferə atılan antropogen mənşəli karbon qazının utilizasiyası məqsədilə ehtiyyatı tükəmiş neft-qaz laylarının qaz saxlama anbarı kimi istifadəsinin geofiziki tədqiqiNeft və Qaz İnstitutu90 00012 ay
2Hüseynov Elçin Məmmədəli oğluNeft məhsullarının səth və termofiziki xüsusiyyətlərinin silisium dioksid nanohissəcikləri ilə təkmilləşdirilməsiRadiasiya Problemləri İnstitutu110 00018 ay
3Alıquliyev Ramiz Məhəmməd oğluNeft-qaz sənayesinin idarəetmə sistemlərinin kompleks kiber-fiziki təhlükəsiziliyi məsələləriİnformasiya Texnologi­yaları İnstitutu160 00024 ay
4Əfəndiyev Qalib Məmməd oğluMürəkkəb geoloji şəraitdə qazılan dərin ax­ta­rış-kəşfiyyat quyularında qoruyucu kəmər­lə­rin layihə dərinliyinə çatdırılması və sementlə­mə­nin keyfiyyətinin artırılması məqsədilə kompleks elmi-tədqiqat işləri əsasında texnoloji tədbirlərin işlənib hazırlanmasıNeft və Qaz İnstitutu90 00012 ay
5Əhmədov Fərid İbrahim oğluNeft və neft məhsullarının böyük həcmli konteynerlərdə ehtiyyatlarının qiymətləndirməsi üçün ssintilyatorlu qamma detektorlar əsasında cihazın laboratoriya prototipinin hazırlanmasıRadiasiya Problemləri İnstitutu65 00012 ay
6Feyzullayev Əkpər Əkpər oğluQalmaz strukturun IV blokunda yeraltı qaz anbarı­nın (YQA) yaradılmasının və səmərəli istismarının texnologiyasının işlənilməsi məqsədilə bu blokun maddi tərkibinin, quyu məhsuldarlığının, o cümlə­dən 1-2 bloklarda YQA çoxillik istismarının səmərə­li­liyinin kompleks təhliliGeologiya və Geofizika İnstitutu65 00012 ay
7Martınova Qalina SerqeevnaAzərbaycanın naften neftlərinin balneoloji fenomenin geoloji təbiətinin öyrənilməsi üçün yüksək informativ analitik texnologiyaların tətbiqi.Geologiya və Geofizika İnstitutu75 00012 ay
8İbrahimova Minavər Cəfər qızıDizel distillatının ion-maye ekstraksiya üsulu ilə seçici təmizlənməsiNeft-Kimya Prosesləri İnstitutu140 00024 ay
9İsgəndərov Sübahət Məmmədəli oğluKöhnə neft istismarı ərazi torpaqlarının fitoremediasiya üsulu ilə təmizlənməsiTorpaqşü­naslıq və Aqrokimya İnstitutu55 00012 ay
10Bağırov Hasil Cəmil oğluNeftlə çirklənmiş ərazilərdə müasir texnoloji avadanlıqlardan istifadə etməklə sənaye üsulu ilə hidroponik-energetik yem istehsalıTorpaqşü­naslıq və Aqrokimya İnstitutu85 00015 ay
11Məmmədova Ülviyyə Əhməd qızıNeft yataqlarının neftveriminin artırılması üçün yeni bitki mənşəli kitrə-biopolimer “nanomayelərin” yaradılmasıKataliz və Qeyri-üzvi Kimya İnstitutu65 00012 ay
12Abdullayev Yusif Əfrəddin oğluNeft sənayesində tətbiq olunan ekoloji təhlükəsiz üzvi reagentlərin yaradılmasıNeft-Kimya Prosesləri İnstitutu55 00012 ay
13Kəlbəliyev Qüdrət İsfən­diyar oğluAsfalten-qətran tərkibli neft emulsiyalarının ayrılma proseslərinin təhlili və riyazi model­ləşdirilməsiKataliz və Qeyri-üzvi Kimya İnstitutu65 00012 ay
14Məmmədova Pərvin Şamxal qızıÇətin çıxarılan və ağır neft yataqlarının işlənilməsində innovasiya texnologiyalarının tətbiqiAşqarlar Kimyası İnstitutu120 00012 ay
15Rəhimov Rəvan Abdullətif oğluQuyulardan neftin hasilatını artırmaq üçün yeni SAM-polielektrolit komplekslərinin alınması və tədqiqiNeft-Kimya Prosesləri İnstitutu75 00012 ay
16Nurubəyli Təranə Kamil qızıNeft - qaz yataqlarının proqnozlaşdırılması dəqiqliyinin artırılmasında induktiv əlaqəli plazmalı kütlə spektrometriyası və digər (məsələn, optik) üsulların tətbiqiFizika İnstitutu80 00012 ay
17Məcidzadə Vüsalə Asim qızıNeft sənayesi avadanlıqlarında tətbiq etmək üçün Mo-S əsasında yüksək temperaturda sürtünməyə davamlı nazik təbəqələrin elektrokimyəvi üsulla alınması və xassələrinin tədqiqiKataliz və Qeyri-üzvi Kimya İnstitutu50 00012 ay
18Əliyeva Həyat Şmidt qızıÇoxdivarlı karbon nanoborular əsasında neftvermə əmsalını artıran effektiv kompozisiyaların işlənilməsiAşqarlar Kimyası İnstitutu120 00012 ay
19Abbasov Elxan Məcid oğluQum təzahürünə qarşı mübarizənin effektivliyinin artırılması proseslərinin hidrodinamikasıRiyaziyyat və Mexanika İnstitutu55 00012 ay
20Novruzov Zöhrab Adil oğluAbşeron neft-qaz rayonunun ekoloji qiymətləndirilməsi üçün innovativ ekspress maqnit metodunun işlənilməsiGeologiya və Geofiizika İnstitutu60 00012 ay
21Ağayev Bikəs Sayıl oğluNeft-qaz quyularında anomal lay təzyiqi zonalarını proqnozlaşdırmaq üçün intellektual informasiya sisteminin işlənməsiİnformasiya Texnologi­yaları İnstitutu60 00012 ay
22Məmmədov Nazim Timur oğluYaxın sahə optikası prinsipləri əsasında torpağın neftlə doyma əmsalının təyininin və neftin identifikasiyasının yeni üsullarının işlənilməsiFizika İnstitutu80 00012 ay
23Pənahov Qeylani Minhac oğluLay daxilində səthi aktiv maddə (SAM), qaz və müxtəlif quruluşda köpük kompozisiyalarını yaratmaqla neftveriminin artırılması texnologiyasının tətbiqi əsaslarının işlənməsiRiyaziyyat və Mexanika İnstitutu60 00012 ay
24Sadıqov Azər Zirəddin oğluQuruda və dənizdə neft-qaz sahəsi obyektlərinin monitorinqini apara bilən çox funksiyalı multikopter tipli dronların işlənilməsi“Elm və Texnologi­ya­lar Parkı” MMC və Təcrübə-sənaye zavodu80 00012 ay
25Musayeva Nahidə Nazim qızıNeft-qaz sənaye obyektlərinin monitorinqi üçün portativ multi-qaz analizatoruFizika İnstitutu40 00012 ay
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31