“Standard Insurance”in baş ofisinin qiyməti 863 min manata endirilib

Tural İbadlı Maliyyə-Biznes | Sosial 25 yanvar 2022
0
Yanvarın 28-də, saat 11:00-da ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkəti ASC-nin baş ofisinin satışına dair növbəti hərrac keçiriləcək.
Bu barədə “NewsCafe”yə qurumun Ləğvetmə Komissiyasından bildirilib.
Məlumata görə, "Əmlak Hərrac Mərkəzi" MMC-nin təşkil edəcəyi hərrac Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsi, 4A ünvanında olacaq və paytaxtın Nəsimi rayonunun Şəmsi Bədəlbəyli küçəsində 4 mənzilin birləşdirilməsi ilə yaradılmış 359 kvm-lik ofis alıcılara təklif ediləcək.
Əmlak üçün 862,5 min manat qiymət müəyyən olunub. Bu məbləğin 1%-i, yəni 8 625 manat beh kimi ödənilməlidir.
Xatırladaq ki, əmlakın ilkin satış qiyməti 2 milyon manat olub.
Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapıb:
Daşınmaz əmlak növüÜnvanıÜmumi sahəsiHərrac qiyməti
AZN
Beh
AZN
Rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 mənzilBakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi.
ev 251, mənzil 20
56.6 м²862 5008 625
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küç.,
ev 251, mənzil 49
46.5м²
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi.
ev 251, mənzil 50
52.7 м²
Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi.
ev 96, mənzil 65
114.7 м²
Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək mümkündür:
https://birjanews.az/herrac-elanlar/124
Sığorta şirkətinin digər əmlaklarının qanunvericiliyə və hərrac qaydalarına əsasən açıq satışı davam edəcək, bu barədə ictimaiyyətə əvvəldən məlumat veriləcək.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31