Allahşükür Paşazadənin əlindən alınan səlahiyyətləri Mübariz Qurbanlıya verilir

Tural İbadlı Daxili xəbərlər | Siyasət 26 yanvar 2022
0
Azərbaycanda məscidlərə dini rəhbərlərin təyinatı səlahiyyətini həyata keçirəcək qurum məlum olub.
"NewsCafe"nin xəbərinə görə, "Dini etiqad azadlığı haqqında" qanunun 8-ci maddəsinə təklif olunan dəyişikliklə bu səlahiyyət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilir.
Qeyd edək ki, dəyişikliklə İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (qurum) verilir.
Qanunun 8-ci maddəsinin hazırkı variantı belədir: "İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunur və hər beş ildən bir attestasiyadan keçir".
@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31