Biabırçı görüntülərin çəkildiyi məktəbin direktoru danışdı

Tural İbadlı Elm-Təhsil 26 yanvar 2022
Ötən gündən etibarən sosial şəbəkələrdə sinif otağında şagirdlərin müəllimə qarşı xoşagəlməz hərəkətlərini əks etdirən video görüntülər yayılıb.
"NewsCafe" xəbər verir ki, araşdırmalar nəticəsində məlum olub ki, hadisə Xətai rayonunda yerləşən 165 sayılı orta məktəbdə baş verib. 165 sayılı tam orta məktəbin direktoru Vüqar Məmmədov bildirib ki, hadisə baş verən gündən həmin məsələ nəzarətə götürülüb. “Həmin hərəkətləri edən şagirdlərdən valideynlərinin iştiraki ilə izahat alınıb. Həmçinin Xətai rayonu Polis İdarəsi tərəfindən dəvət edilib izahatları alınıb. Hadisənin gedişatından asılı olaraq həmin şagirdlərin gələcəkdə üç illik xüsusi nəzarətə götürülməsi nəzərdə tutulub” – deyə, məktəb direktoru qeyd edib. Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31