Məscidlərə axund təyin etmək səlahiyəti QMİ-dən alınır

Tural İbadlı Maraqlı | Sosial 26 yanvar 2022
0
Azərbaycanda İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsindən alınır.
"NewsCafe"nin "Report"a istinadən verdiyi məlumata görə, bu, "Dini etiqad azadlığı haqqında" qanunun 8-ci maddəsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.
Dəyişikliyə əsasən, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (qurum) verilir. Müvafiq qurum təyinatla bağlı sadəcə Qafqaz Müsəlmanları İdarəsinə məlumat verəcək.
Qeyd edək ki, qanunun 8-ci maddəsinin hazırkı variantı belədir: "İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunur və hər beş ildən bir attestasiyadan keçir".
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31