Bu il Azərbaycanda 150 min evə yüksək sürətli internet çəkilə bilər

Tural İbadlı HiTech | Sosial 27 yanvar 2022
"Bu il Azərbaycanda 150 min ev təsərrüfatının genişzolaqlı internetə çıxışını təmin etməyi hədəf kimi qoymuşuq".
"NewsCafe" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov Bakıda keçirilən "Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər" mövzusunda seminarda deyib.
Onun sözlərinə görə, ötən il bu rəqəm 40 min olub.
"Əslində ötən il biz bundan da artıq təsərrüfatını internetə qoşa bilərdik. Amma bəzən bu insanların öz seçiminə bağlı olur. Onlar qərar verir ki, qoşulsun ya yox. Amma bizim hədəfimiz odur ki, ölkənin hər bir yerinin yüksəksürətli internetə çıxışını təmin edək. Bu isə minimum 25 mbit/saniyədir", - nazir müavini əlavə edib.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31