Azərbaycan Dağ Xizəyi Federasiyasına yeni prezident seçilib

Tural İbadlı Fərdi | Sosial 31 yanvar 2022
0
Azərbaycan Dağ Xizəyi Federasiyasının ümumi yığıncağı keçirilib.
Federasiyanın mətbuat xidmətindən "NewsCafe"yə verilən məlumata görə, Gənclər və İdman Nazirliyinin inzibati binasında Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə əvvəlcə nazir Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Sonra Dağ Xizəki Federasiyasının prezidenti Rauf Xəlilov qurumun son illərdəki fəaliyyəti barədə hesabat verib. Yığıncaqda Federasiyanın adında və Nizamnaməsində dəyişikliklər edilib. Bundan sonra təşkilat Azərbaycan Qış İdman növləri Federasiyası adlanacaq.
Ardınca federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycan Qış İdman növləri Federasiyasının yeni prezidenti seçilib. Seçkidən sonra çıxış edən F.Nağıyev ona göstərilən etimada görə təşəkkür edib və bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini bildirib.
Konfransda həmçinin, Florian Sengstşmid federasiyanın vitse-prezidenti seçilib. Bundan başqa Elvira Zəkərayeva, Nasir Ferhadov, Tomas Eugen Thor Jensen, Daşqın Abbasov və Ruslan Behbudov federasiyanın İdarə Heyətinin üzvü seçiliblər.
Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Qış İdman Növləri Federasiyasının vitse-prezidenti Florian Sengstşmid çıxış ediblər.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31