“Dövlət başçısı hospitalda şəxsən yanımıza gəlib, amma biz Sahil Babayevi tapa bilmirik”

Tural İbadlı Sosial təminat 31 yanvar 2022
0
Aprel döyüşləri qazisi Rizvan Qarayev ona yalnış əlillik qrupunun təyin edildiyini iddia edib.
"NewsCafe" xəbər verir ki, sosial qazinin müraciəti "Muğan tv"də yayımlanıb.
Görüntülərdə o əlillik qrupunun səbəbsiz yerə dəyişdirildiyini iddia edir:
“Ayağımın biri yoxdur. Gedirəm beş illik qrupu dəyişdirməyə, mənə deyirlər ki, heç bir dəyişiklik yoxdur. Sonra mənə üçüncü qrup verirlər. İkinci qrup idim, yoxlamasız, komissiyasız üçüncü qrup veriblər. İçəri girib soruşmağa da qoymurlar. Təaqüdümü, pensiyamı kəsiblər. Təqaüdüm əvvəl 350 manat idi, 300 ediblər. 606 manat penisyam idi, indi 3-cü qrupa görə 400 olacaq. 6 aydır ki, mən 1 qəpik də almıram. Sahil Babayevi tapa bilmirik, bizimlə görüşmək istəmir. Dövlət başçısı hospitalda şəxsən bizim yanımıza gəlib, məni avtomobillə təmin edib. Vitse-prezident bizi protezlə təmin edib. Qızları bizimlə marafonda qaçıblar. Amma biz Sahil Babayevi tapa bilmirik”.

Yeniavaz.com
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31