Məhkəmə "Hafka"nı ev dustaqlığına buraxıb

Tural İbadlı Məhkəmə | Sosial 31 yanvar 2022
0
Məşhur iş adamı Hafiz Məmmədov (Hafka) ev dustaqlığına buraxılıb.
"NewsCafe" xəbər verir ki, bu barədə onun vəkili İsmayıl Kəngərli deyib.
O bildirib ki, Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə H.Məmmədovun ev dustaqlığına buraxılması ilə bağlı qaldırdığı vəsatət təmin olunub.
Qeyd edək ki, H.Məmmədov böyük məbləğdə vergi və məcburi dövlət sosial sığorta haqqını ödəməkdən yayınmaqda ittiham olunur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində sahibkarın barəsində cinayət işi başlanıb.
Başlanan cinayət işi çərçivəsində H.Məmmədov istintaqa gəlməkdən boyun qaçırdığından, onun barəsində ittiham elan edilməsi üçün şəxsin tutulması ilə bağlı axtarış haqqında qərar qəbul edilib. Yasamal Rayon Məhkəməsinin qərarı ilə iş adamının barəsində həbs qətimkan tədbiri seçilmişdi.
@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31