Qarabağa ildə bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb

Tural İbadlı İnfrastruktur 31 yanvar 2022
0
Vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə ilkin mərhələdə tətbiq edilmiş bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb.
Bu barədə "NewsCafe"yə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Artıq vətəndaşlar hər hansı bir məhdudiyyət olmadan istənilən istiqamət üzrə səfərlər edə bilərlər.
Xatırladaq ki, yanvarın 24-də Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti və mədəni-mənəvi dəyəri yüksək olan Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları istifadəyə verilib.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31