ASCO "ADY Konteyner"lə yeni əməkdaşlıq müqaviləsi imzalayıb

Tural İbadlı İnfrastruktur | Sosial 01 fevral 2022
0
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə müəssisəsi - “ADY Konteyner” MMC ilə fider daşımalarla bağlı yeni əməkdaşlıq müqaviləsi imzalayıb.
Bu barədə "NewsCafe"yə ASCO-dan məlumat verilib.
Müqaviləyə əsasən, ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına məxsus “Şair Sabir” quru yük gəmisi ilə Ələt-Türkmənbaşı-Ələt limanları arasında konteyner yükü daşınacaq. Gəmi eyni vaxtda 225 ədəd 20 futluq konteyner daşımaq gücünə malikdir.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28