Azərbaycanda “RADİO TMB” fəaliyyətə başladı

Tural İbadlı HiTech | Sosial 01 fevral 2022
Bu gündən Azərbaycanda yeni radio fəaliyyətə başlayır.
"NewsCafe" xəbər verir ki, Türk millətlərinin və xalqlarının Azərbaycanla həmrəyliyini gücləndirmək məqsədilə TMB (Türk Millətlər Birliyi) media qrupu yenilikləri ilə efir yayımına start verir.
Türkdilli ölkələrin və xalqların müasir musiqisini təmsil edən “Radio TMB” beynəlxalq radio kanalı https://100.5fm.az/ platformasında dövlətlərarası informasiya məkanının inkişafına töhfəsini verəcək.
"TMB – Türk Musiqisinin Birləşdirən radio" devizi ilə fəaliyyətə başlayan radionun fəaliyyətinin əsas prioriteti informasiya və media sahəsində layihələr hazırlamaqla yanaşı, dünya mədəniyyətinin populyarlaşdırılması, möhkəmləndirilməsidir. Türkdilli ölkələrin mədəni platformada birləşdirilməsi missiyasına artıq beynəlxalq TÜRKSOY təşkilatı da öz dəstəyini nümayiş etdirib.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28