Gömrük Komitəsi: “Xaricdən mal alanların 58 %-i 100 dollar həddini keçmir”

Tural İbadlı Maliyyə-Biznes | Siyasət 01 fevral 2022
0
“2021-ci ildə “e-customs.gov.az” portalı və “Smart Customs” mobil tətbiqi üzərindən gömrük orqanlarına elektron ticarət bəyannaməsi təqdim edən istifadəçilərin 58 %-i 100 ABŞ dolları həddini keçməyib”.
"NewsCafe" xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib.
“Dəyəri 100-200 ABŞ dolları arasında olan bəyannamə təqdim edən istifadəçilər 25 % təşkil edib. Dəyəri 200-300 ABŞ dolları arasında dəyişən bəyannamə təqdim edən istifadəçilər isə 16 %-dir. Ümumilikdə istifadəçilərin %-i dəyəri 300 ABŞ dollarından yuxarı elektron ticarət bəyannaməsi təqdim edib”, - deyə komitədən qeyd edilib.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28