Tağı Əhmədov ağır xəstəliyə tutulub: "Həkim yoxdur, olsaydı, məni sağaldardı"

Tural İbadlı Səhiyyə | Siyasət 01 fevral 2022
0
"1,5 ildən artıqdır ki, ayaqlarım tutulub”.
"NewsCafe" xəbər verir ki, bu sözləri Qaynarinfo-ya açıqlamasında Bakı metropoliteninin sabiq rəisi Tağı Əhmədov deyib. Keçmiş rəis səhhətinin çox pis olduğunu bildirib:
"İlyarımdır yeriyə bilmirəm. Bilmirəm nəyə görə bu xəstəliyə tutuldum. Xəstəliyimin konkret diaqnozu "Miyelit”dir (onurğa-beyin iltihabı)".
Tağı Əhmədov vurğulayıb ki, xaricdən Bakıya yenicə qayıdıb: "Bir ildir Türkiyədə müalicə olunurdum. Almaniyaya da getdim. Xeyri yoxdur. Həkim olsaydı, məni sağaldardı. Həkim yoxdur. Olsaydı, konkret müalicəmi deyərdilər”.
Qeyd edək ki, bu barədə ilk məlumatı "Yenisabah" yayıb.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28