Tağı Əhmədovun ayaqları tutuldu

Tural İbadlı Səhiyyə | Siyasət 01 fevral 2022
0
Bakı metropoliteninin sabiq rəisi Tağı Əhmədovun vəziyyəti yenidən pisləşib.
"NewsCafe" "Yenisabah.az"a istinadən xəbər verir ki, yüksək qan təzyiqindən, şəkərdən və digər xəstəliklərdən əziyyət çəkən keçmiş rəis hazırda ciddi həkim nəzarətindədir.
Tağı Əhmədovun ayaqlarının tutulduğu, hərəkət imkanınının məhdudlaşdığı bildirilir. Qohumlarından birinin dediyinə görə, sabiq məmur ötən gün “Ömür” klinikasında müayinədən keçib.
Klinikaya əlil arabasında gələn Əhmədovu bir neçə yaxın qohumu müşaiyət edib.
T.Əhmədovun müayinədən sonra evinə getdiyi və özünü ətrafdan tamamilə təcrid etdiyi bildirilir.
Qeyd edək ki, sözügedən klinika T. Əhmədovun özünə məxsusdur.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28