Prezident üçün əkilən ağaclar çıxarıldı - Rəsmi açıqlama

Tural İbadlı Daxili xəbərlər | Sosial 03 fevral 2022
0
Gəncədə yol kənarında əkilən ağaclar yenidən oradan çıxarılır, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
"NewsCafe"nin məlumatına görə, vətəndaş videoda qeyd edir ki, həmin ağaclar bir neçə gün öncə prezidentin Gəncəyə səfəri zamanı yol qırağında əkilib və prezident getdikdən sonra həmin ağaclar yenidən oradan çıxarılır. 
Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin mətbuat katibi Gülnar Rzayeva bildirdi ki, sözügedən ərazidə torpaq səthinin altı daşlıq olduğu üçün həmin ağacların tutma ehtimalının aşağı olduğu nəzərə alınaraq, mütəxəssislərin məsləhəti və nəzarəti altında ağacların başqa əraziyə köçürülməsi təmin edilib. Hazırda həmin ərazidə gül kolları əkilir.
@Anews.Az
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28