"Qarabağ"ın səfər oyununun vaxtı dəyişdirilib

Tural İbadlı Futbol | Sosial 03 fevral 2022
0
Futbol üzrə Azərbaycan Kubokunda ¼ final mərhələsinin cavab oyunlarının təqvimi müəyyənləşib.
"NewsCafe" xəbər verir ki, üç günü əhatə edəcək mərhələnin bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq:
Azərbaycanı UEFA Konfrans Liqasının pley-off mərhələsində təmsil edəcək “Qarabağ” “Keşlə”yə qarşı səfər oyununun vaxtının bir gün dəyişdirilməsi ilə bağlı Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.
Yarışların Əsasnaməsini və “Keşlə” klubunun razılıq məktubunu rəhbər tutan PFL “Keşlə”- “Qarabağ” oyununu fevralın 12-dən fevralın 11-nə keçirilib.
11 fevral (cümə)

18:00. “Keşlə” – “Qarabağ”
“ASK Arena”
12 fevral (şənbə)

16:00. “Sabah” – “Neftçi”
“Bank Respublika Arena”

13 fevral (bazar)
15:00. “Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu

18:00. “Səbail” – “Zirə”
“ASCO Arena”
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28