"AzInTelecom"a yeni sədr təyin olunub

Tural İbadlı HiTech | Sosial 04 fevral 2022
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "AzInTelecom" MMC-nin İdarə Heyətinə sədr təyin olunub.
NewsCafe”nin "Report"a istinadən verdiyi məlumata görə, bu vəzifə Elxan Əzizova həvalə edilib.
O, Prezident yanında Dövlət İdarəçilik Akademiyasında "Dövlət idarəçiliyi" ixtisası üzrə bakalavr, ABŞ-ın Corcia Dövlət Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkil etdiyi MBA proqramı çərçivəsində "Biznesin idarəedilməsi" ixtisası üzrə magistr təhsili alıb, müxtəlif beynəlxalq kursları, eləcə də "Global Innovation Catalyst LLC" (GIC) və Stenford Universitetinin birgə təşkil etdiyi "Biznesin idarəedilməsi" kursunu uğurla bitirib.
E.Əzizov əmək fəaliyyətinə Nərimanov Rayon İcra Hakimiyyətində başlayıb, daha sonra “Edumedia – Azərbaycan” şirkətinin baş direktoru, nazirliyin Məlumat Hesablama Mərkəzinin (MHM) direktor müavini işləyib. Ötən il dekabrın 22-də MHM "AzInTelecom"a birləşdirilib və 2-ci yenidən təşkil edilib.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28