Azərbaycan neftinin qiyməti 100 dollara yaxınlaşıb

Tural İbadlı Energetika | Sosial 05 fevral 2022
0
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,23 ABŞ dolları, yaxud 4,45 % artaraq 99,30 ABŞ dollarına çatıb.
Bu barədə “NewsCafe”yə neft bazarındakı mənbə məlumat verib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28