“Azərsu” ötən il göstərdiyi xidmətin 93%-nin pulunu yığıb

Tural İbadlı İnfrastruktur | Siyasət 05 fevral 2022
0
2021-ci ildə “Azərsu” ASC-də xidmət haqlarının yığım səviyyəsi 2020-ci ilə nisbətən 1,8 faiz bəndi artaraq 92,8% təşkil edib.
"NewsCafe" xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq qurumdan bildirilib.
Məlumatda deyilir ki, əhali istehlakçı qrupu üzrə yığın səviyyəsi 3,1 faiz bəndi artımla 90,3%, qeyri-əhali üzrə 2 faiz bəndi artımla 92,9%, sudan xammal kimi istifadə edənlər üzrə isə yenə də 100% olub.
Yığım səviyyəsi Bakıda 93,9%, digər regionlarda isə 90,6% təşkil edib.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28