Gənclər və idman naziri Pekin olimpiadası üçün Çinə gedir

Tural İbadlı İdman | Sosial 05 fevral 2022
0
Gənclər və idman naziri Fərid Qayıbov Pekin-2022 Qış Olimpiya Oyunları ilə bağlı Çinə səfər edəcək.
"NewsCafe" xəbər verir ki, bunu "Report"a Nazirliyin Mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev bildirib.
Məlumata görə, nazir Azərbaycan təmsilçilərinin olimpiadadakı çıxışlarını izləyəcək.
Qeyd edək ki, Pekin olimpiadasında Azərbaycanı bir idman növü üzrə 2 idmançı təmsil edir. Yarışda fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabova qüvvəsini sınayacaq. Komandanın bayraqdarı olan Litvintsev fevralın 8-i və 10-da buz üzərinə çıxacaq. Fevralın 15-i və 17-də isə Ryabova məharətini sərgiləyəcək. Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28