Naxçıvana yeni daxili işlər naziri təyin olunub

Tural İbadlı Rəsmi xəbərlər 07 fevral 2022
0
Naxçıvan Muxtar Respublikasına yeni daxili işlər naziri təyin edilib.
"NewsCafe" xəbər verir ki, bu barədə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov fərman imzalayıb.
Fərmana əsasən, Rəşad Rafiq oğlu İsmayılov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, Zahid Əjdər oğlu Gözəlov isə daxili işlər nazirinin müavini təyin ediliblər.
Qeyd edək ki, Vasif Talıbov ötən ilin noyabr ayında Naxçıvanın daxili işlər naziri, general-leytenant Fazil Ələkbərovu vəzifəsindən azad edərək təqaüdə göndərmişdi.

Xatırladaq ki, F.Ələkbərov Vasif Talıbovun qudasıdır. O, Naxçıvanın DİN rəhbəri vəzifəsinə 2017-ci ildə təyin olunmuşdu.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28