“TEKNOFEST” Şuşada da keçirilə bilər

Tural İbadlı HiTech | Sosial 07 fevral 2022
“Bu il Bakıda keçiriləcək “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının gələcəkdə Şuşada təşkil olunacağı istisna deyil”.
NewsCafe” xəbər verir ki, bunu festivalla bağlı keçirilən mətbuat konfrasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.
“Təbii ki, gələcəkdə bu festivalı Şuşada və Qarabağın digər ərazilərində keçirmək mümkün olacaq”, - deyə o, qeyd edib.
“TEKNOFEST” Müşahidə Şurasının sədri, Türkiyənin Texnologiya Komandası Vəqfinin ("T3 Vakf"ı) rəhbəri Səlcuq Bayraqdar isə deyib ki, tədbirin Şuşada keçirilməsində maraqlıdırlar.
“Bundan başqa, festival çərçivəsində baş tutan müsabiqələrin də bir qismi Qarabağda təşkil oluna bilər”, - deyə o, əlavə edib.
R.Nəbiyev isə həmçinin deyib ki, builki festival Bakıda keçirilsə də, digər ölkələrdən iştirakçılar virtual olaraq tədbirə qatıla bilər.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28