Azərbaycan vətəndaşları Türkiyədə pulsuz tibbi yardım ala biləcəklər

Tural İbadlı Səhiyyə | Sosial 08 fevral 2022
0
"Gələcəkdə Türkiyə və Azərbaycan vətəndaşları qarşılıqlı şəkildə icbari tibbi sığortanın tərkibinə aid olan xidmətlərdən istifadə edəcəklər".
"NewsCafe" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.
Sədrin sözlərinə görə, qardaş Türkiyə ilə səhiyyə sahəsində bir çox layihələr həyata keçirilir: "Vətən müharibəsində yaralanan qazilərə psixoloji yardımların göstərilməsi üçün icra olunan layihələrin genişləndirilməsi istiqamətində Türkiyə ilə birgə əməkdaşlıqlar olacaq. Bundan başqa, Türkiyə istehsalı olan "TÜRKOVAC" vaksini hazırda 3-cü fazada sınaq mərhələsindədir. Azərbaycan və Türkiyənin səhiyyə qurumları arasında işçi qrupu səviyyəsində görüşlər keçiriləcək".
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28