"Azəriqaz" Usubovun istixanası ilə bağlı açıqla yayıb

Tural İbadlı Energetika 09 fevral 2022
0
Kütləvi informasiya vasitələrində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin istixana sahibi arasında məhkəmə prosesi ilə bağlı məlumatlar dərc olunur.
NewsCafe” xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
"Bu prosesdə qarşı tərəfin kimliyi məsələnin mahiyyətindən daha çox qabardılır. "Azəriqaz" bildirir ki, məhkəmə predmeti olan mübahisələrdə abonentlərin məxfiliyi birmənalı qorunur: İstehsalat Birliyinin abunəçilərin qohumluq əlaqələrini təftiş etmək niyyəti və məqsədi yoxdur. Çünki şəxslərin kimliyi hansısa tərəfə əlahiddə üstünlük vermir. İstənilən mübahisələr məhkəmələrin çıxardığı qərarla tənzimlənir”, - deyə qurum bəyan edib.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28