Nazir: “100 % nəticə olacağı bilinsəydi, hamı gedib startapla məşğul olardı”

Tural İbadlı HiTech | Sosial 09 fevral 2022
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda böyük investisiya portfelinə malik uğurlu startapın olmaması ilə bağlı fikirlərə münasibət bildirib.
Nazir “Report”a verdiyi eksklüziv açıqlamada bu iddialarla razılaşmadığını deyib:
"Mən deməzdim ki, böyük investisiya portfelinə malik uğurlu startap yoxdur. Bu yaxınlarda “Nextsale” startapı beynəlxalq bazarlara yaxşı bir çıxış etdi. Bu prosesdir və biz də prosesə başlamışıq. Məncə, kimsə bilsəydi ki, nəticə 100%-likdir, hamı gedib startapla məşğul olardı. Bu, bir mədəniyyətdir. Startap mədəniyyəti, risk götürmə mədəniyyəti və s. Yəni elmi biliklərlə, bacarıqlarla yanaşı eyni zamanda bizim gənclərimizin risk götürə bilmə qabiliyyəti və yaxud risk götürə bilmə mədəniyyəti olmalıdır. Məqsədimiz elə startap ekosistemi yaratmaqdır. Bunun müxtəlif komponentləri var və biz müxtəlif istiqamətlərdə işlər aparırıq”.
Vergi Məcəlləsinə edilən son dəyişikliyə görə, startaplar 3 il müddətində vergidən azaddır. Həmçinin İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) startapları xüsusi şəhadətnamə ilə təmin edir və 20 min manat vəsait ayırır.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28