Sabiq nazir müavini daha bir vəzifəsini itirdi

Tural İbadlı Səhiyyə 09 fevral 2022
0
Fevralın 3-də Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən səhiyyə nazirinin müavini Elsəvər Ağayev Farmakoloji və Farmakopeya Ekspert Şurasının sədri vəzifəsini də itirib. 
"NewsCafe"nin "Qaynarinfo.az"-a istinadənın verdiyi məlumatına görə, bu vəzifə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Maliyyə Baş İdarəsinin sabiq rəis müavini, hazırda səhiyyə nazirinin müavini olan Rasim İsmayılova tapşırılıb. 
Digər məlumata görə, qarşıdakı aylarda Elsəvər Ağayevin qısa müddət öncə rəhbərlik etdiyi Farmakoloji və Farmakopeya Ekspert Şurası başqa bir adla yenidən təşkil ediləcək. 
Səhiyyə nazirin müavini İlqar Qasımov açıqlamasında bu barədə hələlik heç nə deyə bilməyəcəyini bildirib: “Hazırda başqa işlərlə məşğulam. İki gündür gəlmişəm və gərək bu barədə kimdənsə soruşam”.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28