“Şah İsmayıl Xətai” tankerinin əsaslı təmiri başa çatıb

Tural İbadlı İnfrastruktur | Sosial 10 fevral 2022
0
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyat Donanmasına məxsus “Şah İsmayıl Xətai” tankerinin əsaslı təmiri başa çatıb.
Bu barədə "NewsCafe"yə ASCO-dan məlumat verilib.
Məlumatda deyilir ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri qısa müddətdə və yüksək keyfiyyətlə həyata keçirilib.
Təmir zamanı tankerin sualtı və suüstü hissələri, göyərtəsi, maşın şöbəsi təmizlənərək rənglənib. Baş və köməkçi mühərrik, nasoslar, separatorlar və kompressorlar təmir edilib.
Gəmidə gövdə-qaynaq, elektrik-quraşdırma və avtomatika işləri də yerinə yetirilib. Həmçinin, tankerdə yeni borular quraşdırılıb.
Eyni zamanda, “Şah İsmayıl Xətai” gəmisinin heyətinə məxsus yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar yenilənib.
Təmirdən sonra tanker dəniz sınaq yoxlanışından uğurla keçib və yenidən xam neftin daşınmasına cəlb olunub.
Xatırladaq ki, “Şah İsmayıl Xətai” gəmisi Nəqliyyat Donanmasının ən nəhəng tankerlərindən biridir. Uzunluğu 149,9, eni 17,3 metr, tam yükgötürmə qabiliyyəti 13,8 min tondur.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28