SOCAR-da I vitse-prezidentlərin sayı 2-yə çatdırılıb

Tural İbadlı Rəsmi xəbərlər 10 fevral 2022
0
Prezident İlham Əliyev “Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” 24 yanvar 2003-cü il tarixli fərmanında dəyişiklik edib.
"NewsCafe" xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, Dövlət Neft Şirkətində (SOCAR) I vitse-prezidentlərin sayı 1-dən 2-yə çatdırılıb. Beləliklə, şirkətin rəhbərliyində təmsil olunan şəxslərin sayı 14-dən 15-ə yüksəlib. Bunlar prezident, 2 I vitse-prezident və 12 vitse-prezidentdir.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28