Mədəniyyət Nazirliyi maliyyə pozuntularının aşkarlanmasına aydınlıq gətirib

Tural İbadlı Mədəni-Niyyət | Sosial 11 fevral 2022
0
Mədəniyyət Nazirliyində maliyyə yoxlamalarının aparılması və pozuntuların aşkarlanmasına aydınlıq gətirilib.
Nazirlikdən "NewsCafe"yə bildirilib ki, Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Mədəniyyət Nazirliyində 2021-ci ildə aparılmış yoxlama 1 yanvar 2006-ci il tarixindən 8 may 2020-ci il tarixədək olan dövrü əhatə edir.
"Məlum olduğu kimi, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən 2020-ci ilin 8 may tarixində Mədəniyyət Nazirliyində və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidmətində əməliyyat-istintaq tədbirləri həyata keçirilmiş, Nazirliyin və Xidmətin bəzi vəzifəli şəxsləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığında şübhəli şəxs qismində saxlanılıb.
Aparılmış istintaq tədbirləri nəticəsində Mədəniyyət Nazirliyi zərərçəkmiş şəxs qismində tanınıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmlərinə əsasən həmin vəzifəli şəxslər azadlıqdan məhrum edilib və onların üzərində həbs qoyulmuş əmlakları dövlət hesabına müsadirə olunub", - nazirlikdən bildirilib.
Qeyd edək ki, həmin dövrdə mədəniyyət naziri Əbülfəs Qarayev olub.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28