“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin əməkdaşı qəfildən vəfat edib

Tural İbadlı Ölüm 14 fevral 2022
0
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının “Mərdəkan” gəmisinin kapitanın 3-cü köməkçisi Asim Həsənov vaxtsız vəfat edib.
Bu barədə "NewsCafe"yə qurumdan bildirilib.
Məlumata görə, A.Həsənov 1987-ci il aprelin 19-da Füzuli rayonunun Aybasanlı kəndində anadan olub, 2018-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının Dəniz texnikası və gəmiçilik/gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi ixtisası üzrə bitirib.
O, 2014-cü ildən ASCO sıralarında çalışıb. İşlədiyi dövrdə matrosluqdan kapitanın 3-cü köməkçisi vəzifəsinədək yüksəlib.
Allah rəhmət eləsin!
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28