Bakıda küçədə qadınlara sillə vuraraq qaçan şəxs 2 aylıq həbs edildi

Tural İbadlı Məhkəmə 14 fevral 2022
0
Yasamal Rayon Məhkəməsi qadınlara qarşı xuliqanlıq hərəkətləri törətməkdə təqsirləndirilən Əhməd Hüseynov barəsində qərar çıxarıb.
NewsCafe”nin "Report"a istinadən verdiyi məlumata görə, məhkəmənin qərarı ilə onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, paytaxtın Yasamal rayon sakini, 1993-cü il təvəllüdlü Ə.Hüseynov bir neçə gün əvvəl ictimai qaydanı kobud surətdə pozaraq qadınlara qarşı xuliqanlıq hərəkətləri törədib.
Belə ki, o, bir neçə qadına küçədə sillə vuraraq qaçıb. Daha sonra Ə.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.
O, ilkin ifadəsində törətdiyi əməlləri etiraf edib.
İctimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunmasının tərkib əlamətləri olduğundan fakta görə Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə istintaq hərəkətləri aparılır.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28