Bakıda uşaq bağçalarından oğurluq edilib

Tural İbadlı Oğurluq 14 fevral 2022
0
Bakıda uşaq bağçalarından oğurluq edilib.
Bu barədə "NewsCafe"yə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə fevralın 3-də Yeni Yasamal yaşayış sahəsində yerləşən uşaq bağçalarının birindən 2 ədəd noutbukun oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - B.Bağırov və C.Qarayev müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28