Ramiz Mehdiyev istefa verib

Tural İbadlı Elm-Təhsil 14 fevral 2022
Bu gün, fevralın 14-də AMEA Rəyasət Heyətinin iclası keçirilib.
Qurumdan "NewsCafe"yə verilən məlumata görə, iclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev və Rəyasət Heyətinin digər üzvləri iştirak ediblər.
İclası giriş sözü ilə açan akademik Ramiz Mehdiyev  yaşı ilə əlaqədar AMEA-dakı postunu tərk etməyə qərar verdiyini bildirib: “Akademiya böyük yol keçib və daim dövlətin yanında olmalıdır. Alimlərimizin fəaliyyəti də bu yöndə olmalı, bütün işlər dövlət siyasətinə uyğun qurulmalıdır”.
Akademiya prezidenti istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirib. Akademik Ramiz Mehdiyev iki il dörd ay ərzində birlikdə çalışdığı Rəyasət Heyəti üzvlərinə təşəkkür edib.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28