BDU-nun daha 4 fakültəsinə dekan seçilib

Tural İbadlı Elm-Təhsil 15 fevral 2022
Bakı Dövlət Universitetinin (BDU) daha 4 fakültəsində səlahiyyət müddəti bitən dekan vəzifələrinə seçkilər başa çatıb.
"NewsCafe" xəbər verir ki, universitetdən "Report"a verilən məlumata görə, səsvermə yolu ilə yeni dekanlar müəyyənləşib. Yeni dekanların siyahısını təqdim edirik: Aydan Xəndan – Şərqşünaslıq fakültəsi Laçın Abışlı - Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi Fuad Kərimov - Kimya fakültəsi Akif Ağbabalı - Ekologiya və torpaqşünaslıq fakültəsi Qeyd edək ki, yanvar ayının ortalarında BDU-nun 8 fakültəsində səlahiyyət müddəti bitən dekan vəzifələrinə seçki keçirilib. Seçkilərin nəticələrinə görə, Mamoy Mansurov Geologiya fakültəsinin, Ələmdar Bayramov Kitabxanaçılıq-informasiya fakültəsinin, Rövşən Cavadov Sosial elmlər və psixologiya fakültəsinin, Afət Məmmədova Biologiya fakültəsinin, Ziyatxan Əliyev Mexanika-riyaziyyat fakültəsinin, İbrahim Zeynalov Tarix fakültəsinin, Bəxtiyar Paşayev Fizika fakültəsinin, Elçin Məmmədov Filologiya fakültəsinin dekanı vəzifələrinə seçiliblər.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28