Bu ölkələrin vətəndaşlarına Azərbaycana səfər etməyə icazə verilib

Tural İbadlı Turizm | Siyasət 15 fevral 2022
0
Azərbaycana daha bir neçə ölkə vətəndaşının uçuşuna icazə veriləcək.
"NewsCafe" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə veriləcək:
Albaniya Respublikası;
Dominikan Respublikası;
Filippin Respublikası;
Gürcüstan;
Hindistan;
İndoneziya;
İran İslam Respublikası;
Kolumbiya Respublikası;
Moldova Respublikası;
Özbəkistan Respublikası;
Pakistan İslam Respublikası;
Peru Respublikası;
Tacikistan Respublikası;
Tailand Krallığı;
Tunis Respublikası;
Türkmənistan Respublikası;
Venesuela Bolivar Respublikası.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28