“Optimal” cərimələndi

Tural İbadlı Məhkəmə 16 fevral 2022
0
Bakıda elektronika məhsullarının satışını təşkil edən şirkətə cərimə protokolu yazılıb.
NewsCafe”nin xəbərinə görə, “Optimal Elektronika” MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.2-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
İş hakim Aygün Qurbanovanın icraatına verilib.
Məhkəmə iclası fevralın 17-nə təyin edilib.
Bu xətaya görə, fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28