DİN Manaf Ağayevlə bağlı məlumat yaydı

Tural İbadlı Daxili xəbərlər 17 fevral 2022
0
Bu gün sosial şəbəkələrdə müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə səfər etməsini əks etdirən görüntülər yayılıb.
DİN Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov "NewsCafe"yə bildirib ki, görüntülər yayıldıqdan dərhal sonra polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Araşdırma zamanı Manaf Ağayevin artıq Bakı şəhərində olduğu müəyyən edilib. Müğənni Manaf Ağayev və onun yanındakı vətəndaş polis idarəsinə dəvət olunublar. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, onlar işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla daxil olublar.
Bununla bağlı onların izahatları alınıb. Hazırda məsələ ilə bağlı araşdırma aparılır.
Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28