TƏBİB-də Aparat rəhbəri vəzifəsi ləğv edildi

Tural İbadlı Səhiyyə 17 fevral 2022
0
"Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) strukturunda dəyişiklik aparılıb.
"NewsCafe" xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Aparat rəhbəri ştatı ləğv edilib.
Qeyd edək ki, TƏBİB-in Aparat rəhbəri vəzifəsində Gündüz Əbdülov çalışırdı.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28