"Veysəloğlu" Dövlət Xidmətinin tutduğu nöqsanları etiraf etdi

Tural İbadlı Maliyyə-Biznes 17 fevral 2022
0
"Sözügedən məlumatda zəruri sənəd və məlumatların təqdim olunması üzrə sorğuya vaxtında cavab verilməməsinə səbəb 2022-ci ilin yanvar ayından etibarən Qrupumuza aid  şirkətlərdə sənəd dövriyyəsi ilə bağlı yeni proqram təminatının tətbiqi prosesindəki texniki ləngimələr olub".
"NewsCafe" xəbər verir ki, bu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin "Veysəloğlu” MMC barədə antiinhisar qanunvericiliyini pozması ilə bağlı yaydığı məlumata cavab olaraq şirkətin açıqlamasında deyilir.
Şirkətlər Qrupumuz Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, həmçinin digər dövlət orqanları və media ilə şəffaf, səriştəli ünsiyyətə və əməkdaşlığa davam edir. Şirkətlər Qrupumuz hər zaman daxil olan sorğu və müraciətləri operativ və dolğun şəkildə cavablandırmağa hazırdır. 
Göndərilən sorğuda tələb olunan məlumatların bir qismini 16 fevral tarixində təqdim edilib.
Artıq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi cavab ünvanlanıb və yaxın gələcəkdə həmin sorğuda qeyd edilən digər suallara cavabı sənəd və məlumatlarla birgə təqdim etmək öhdəliyini götürülüb".
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Veysəloğlu” MMC barədə antiinhisar qanunvericiliyini pozma əlamətləri üzrə iş qaldırılması ilə bağlı məlumat yaymışdı.
Məlumatda deyilir ki, ötən il dünyada baş vermiş qlobal qiymət artımı fonunda ölkəmizdə bir sıra ərzaq məhsullarının qiymətində dəyişiklik müşahidə edilir. Qiymət manipulyasiyalarının qarşısının alınması üçün Dövlət Xidməti bazarda antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət məqsədilə araşdırmalara başlayıb, yerli idxalçı müəssisələrə zəruri sənəd və məlumatların təqdim olunmasına dair sorğular göndərib.
Sorğulara əksər təsərrüfat subyektlərinin vaxtında cavab verməsinə baxmayaraq, “Veysəloğlu” heç bir sənəd və məlumat təqdim etməyib. Bununla bağlı şirkət barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. İşə baxılması nəticəsindən asılı olaraq, təsərrüfat subyekti barədə qanunauyğun tədbir görüləcək.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28