“Azərsığorta” Dövlət Sığorta Şirkəti yanvar ayı üzrə ödənişlərin həcmini açıqladı

Tural İbadlı Maliyyə-Biznes 22 fevral 2022
0
Sığorta bazarının ən iri şirkətlərindən olan “Azərsığorta” Dövlət Sığorta Şirkəti cari ilin yanvar ayı ərzində verilən sığorta ödənişlərinin həcmini açıqlayıb.
Bu barədə "NewsCafe"yə Şirkətin marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, 2022-ci ilin yanvar ayında Şirkətin müxtəlif sığorta hadisələri üzrə müştərilərinə ödədiyi vəsaitlərin həcmi 1,996 mln manata çatıb. 
Qeyd edək ki, ”Azərsığorta” Dövlət Sığorta Şirkəti ödənişlərin həcminə görə ölkədə fəaliyyət göstərən sığorta şirkətləri sırasında ilk üçlüyə daxildir.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28