"Bakı Metropoliteni" əməkdaşının ölümü ilə bağlı açıqlama verib

Tural İbadlı Ölüm 22 fevral 2022
0
"Bakı Metropoliteni" QSC "İnşaatçılar" stansiyasında əməkdaşının ölümü ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
"NewsCafe"nin məlumatına görə, qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Report"a açıqlamasında qeyd edib ki, "Bakı Metropoliteni"nin elektrik təchizatı xidmətinin elektrik stansiyaları yarımstansiyasının 5-ci sahəsinin elektrik mexaniki 63 yaşlı Məlikəli Əliyev fevralın 18-də iş prosesində özünü pis hiss etməyə başlayıb
"Həmin gün M.Əliyev iş gününün sonuna qədər öz funksiyalarını yerinə yetirib. Evə getdikdən sonra axşam saatlarında yenə özünü pis hiss edib və təcili yardım çağırılaraq xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq dünən axşam saat 20:00-21:00 radələrində xəstəxanada insult nəticəsində dünyasını dəyişib", - B. Məmmədov bildirib.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28