Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi

Tural İbadlı Daxili xəbərlər | Sosial 22 fevral 2022
0
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirib.
Bu barədə "NewsCafe"yə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Tədbirdə çıxış edən nazir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında inkişaf və tərəqqi strategiyasının uğurla davam etdiyini, ölkəmizdə mövcud olan sabitliyin, təhlükəsizlik şəraitinin, ümumən ictimai asayişin etibarlı qorunduğunu vurğulayıb, görülən işlərdə, əldə edilən müsbət nəticələrdə Əlahiddə Çevik Polis Alayının şəxsi heyətinin də böyük əməyi olduğunu diqqətə çatdırıb.
Nazir V.Eyvazov xidməti fəaliyyətdə əsas diqqəti vətəndaşların təhlükəsizliyinin daha etibarlı qorunmasına, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının qətiyyətlə alınmasına, insan hüquq və azadlıqlarının qorunmasına, eyni zamanda şəxsi heyət arasında nizam-intizamın gücləndirilməsinə yönəltməyi tələb edib.
General-polkovnik V.Eyvazov xidməti funksiyaların səmərəli həyata keçirilməsi üçün ölkə rəhbərliyi tərəfindən daxili işlər orqanlarına hərtərəfli şəraitin yaradıldığını, şəxsi heyətin dövlət qayğısı ilə əhatə olunduğunu qeyd edərək əmin olduğunu bildirib ki, nazirliyin mühüm struktur qurumlarından olan Əlahiddə Çevik Polis Alayının şəxsi heyəti qanunla müəyyən edilən vəzifələri, qarşıya qoyulan bütün tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, göstərilən etimadı sədaqətli xidməti ilə doğruldacaq.

Oxşar xəbərlər
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28